Kukilər və Məxfilik Siyasəti
- Aydınlatma Mətni -
Bu məlumatlandırma, Teknomar Aze məlumatların mühafizi (veri sorumlusu) qismində təqdim olunur. Azərbaycan Respublikasının "Fərdi məlumatların qorunması haqqında" Qanunu və qanunun 10-cu maddəsi, həmçinin "Məlumatlandırma öhdəliyinin yerinə yetirilməsi qaydaları haqqında" Təlimata əsasən məlumatların mühafizi tərəfindən hazırlanmışdır.
Bu Aydınlatma mətninin məqsədi, internet səhifəmizdə istifadə olunan/yerləşdirilən çərəzlərin (cookies) saytımıza daxil olmağınız/ziyarətiniz nəticəsində əldə etdiyi məlumatları hansı məqsədlərlə istifadə etdiyimizi bildirmək və çərəzləri necə idarə edə biləcəyiniz barədə məlumat verməkdir.
Müddətlərinə görə çərəz növləri
Sessiya çərəzləri: Sessiyanın davamlılığını təmin etmək üçün istifadə olunur və istifadəçi brauzeri bağladıqda avtomatik silinir.
Daimi çərəzlər: İstifadəçi silənədək və ya müəyyən olunmuş vaxt bitənədək brauzer tərəfindən avtomatik silinənədək cihazınızda qalır.
Mənbələrinə görə çərəz növləri
Birinci tərəf çərəzlər: Birbaşa istifadəçinin daxil olduğu internet səhifəsi, yəni brauzerin ünvan sətrində göstərilən URL tərəfindən yerləşdirilir.
Üçüncü tərəf çərəzlər: İstifadəçinin daxil olduğu domenlə fərqli bir domen tərəfindən yerləşdirilir.
İstifadə məqsədlərinə görə çərəz növləri
Zəruri çərəzlər: Saytın işləməsi üçün mütləqdir və deaktiv edilə bilməz. Bu çərəzlər adətən şəxsi məlumatları ehtiva etmir.
Performans çərəzləri: Saytın ziyarətçi sayını və trafikini anlamaq üçün istifadə olunur. Toplanan məlumatlar şəxsi deyil, anonim şəkildə işlənir.
Funksional çərəzlər: Saytın daha funksional və fərdiləşdirilmiş olmasına imkan yaradır. Bizim tərəfimizdən və ya əlavə etdiyimiz üçüncü tərəf xidmət təminatçıları tərəfindən yenilənə bilər.
Marketinq çərəzləri: Reklam tərəfdaşları tərəfindən istifadə oluna bilər. Birbaşa şəxsi məlumat saxlamaz, lakin brauzerinizdə və internet cihazınızda sizi tanıdan unikal identifikatorlardan istifadə edirlər.
Veb saytımızda istifadə etdiyimiz kukilər aşağıda verilmişdir.
| Çərəz Adı | Çərəz Təminatçısı (Domen) | Çərəz Növü | Çərəz Müddəti | Çərəz Təsviri |
| _session | teknomar.az | Zəruri | - | Sessiyanın davamlılığını təmin etmək üçün istifadə olunur, istifadəçi brauzeri bağladıqda bu çərəz silinir. |
| _GRECAPTCHA | www.google.com | Zəruri | 179 gün | Google reCAPTCHA, risk analizini aparmaq məqsədilə işlədildikdə zəruri olan (_GRECAPTCHA) çərəzini qurur. |
| eTknmr | teknomar.az | Zəruri | 6 ay | Veb səhifədə istifadə olunan çərəzlər üçün ziyarətçidən alınan açıq razılıq seçimlərini saxlamaq üçün istifadə olunur. |
| _ga | google.com | Performans | 400 gün | Google Analytics hesabat üçün unikal istifadəçiləri, sessiyaları və anonim baxış məlumatlarını ayırmaq məqsədilə istifadə olunur. |
| _ya | yandex.com | Performans | 400 gün | 400 gün Yandex Metrica hesabat üçün unikal istifadəçiləri, sessiyaları və anonim baxış məlumatlarını ayırmaq məqsədilə istifadə olunur. |
| langPref | teknomar.az | Funksional | 1 il | İstifadəçinin seçdiyi dil parametrlərini yadda saxlamaq üçün istifadə olunur, saytın fərdiləşdirilməsinə imkan yaradır. |
| themeMode | teknomar.az | Funksional | 1 il | İstifadəçinin seçdiyi dizayn rejimini (məsələn, işıq/qara rejim) yadda saxlamaq üçün istifadə olunur. |