Teknomar Aze

Şirkət Haqqında, Missiya, Vizyon

Şirkət Haqqında

Teknomar Aze Məhdud Məsuliyyətli Cəmiyyəti, Türkiyənin "Teknomar Qrupu"na məxsus müəssisələrin istehsal etdiyi "Teknomar" markalı xəstəxana hava sterilizasiyası sistemləri, "BScience" markalı aşağı temperaturlu sterilizasiya cihazları, həmçinin "TopiVac" markalı T-NPTW yara baxımı cihazlarının və digər məhsulların Azərbaycandakı rəsmi təmsilçisidir.

Şirkətimiz bu avadanlıqların idxalı, satışı, servisi, texniki dəstəyi və məsləhətçilik xidmətləri ilə məşqul olur.

"Teknomar Aze" Bakı şəhərində,"Teknomar Qrupu"nun Azərbaycandakı mövqeyini möhkəmləndirmək məqsədilə təsis edilmiş yerli şirkətdir.

Missiya

Azərbaycanda tərəfsiz şəkildə böyümək.

Satışdan yox, mövqedən güc almaq.

Azərbaycanın xəstəxana və endoskopiya mərkəzlərində qabaqcıl texnologiyalı məhsulları yerləşdirmək və 30 ildən artıq Teknomar bilik və təcrübəsini əziz Azərbaycanımıza ötürmək.

Gələcəkdə Teknomar Qrupunun qabaqcıl texnologiyalarının dəstəyi ilə Azərbaycanda istehsal müəssisəsi yaradıb, Bakıda istehsal etmək və dünyaya məhsul və yüksək texnologiya ixrac etməkdir.

Vizyon

Əsas hədəfimiz: Azərbaycanda sterilizasiya və mühit gigiyenası texnologiyaları üzrə aparıcı texniki səlahiyyət və servis mərkəzi olmaqdır.

Həmçinin TopiVac yara baxımı məhsullarının Bakıdakı əsas təmsilçiliyini və xidmət şəbəkəsini qurmaqdır.

Teknomar AZE MMC Azərbaycan Şirkətimiz satış nöqtəsi deyil, Azərbaycan və Türk respublikalarında texnoloji həllər və yüksək keyfiyyətli servis xidməti təqdim edən mərkəzdir.